Bakıda böyük marketlərdən bitki yağları oğurlayıb satan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1991-ci ildə Bakı şəhərində anadan olan Xətai Vəliyev (şərti) heç bir yerdə işləmədiyindən böyük marketlərdən bitki yağları oğurlayıb və tanımadığı şəxslərə satdığına görə saxlanılıb.
O, sonuncu dəfə Xətai rayonunda R.Quliyev küçəsi, 4 saylı ünvanda yerləşən marketdən 15 ədəd "Westgold” markalı yağ oğurlayıb. Oğurladığı yağları tanımadığı taksi ilə Bakıxanov qəsəbəsinə apararaq tanımadığı şəxslərəsatıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətinə inzibati həbs edilib.
Əhməd
Şərhlər