Foto 11:34 08.06.2018

Marsda böyük kəşf: həyat əlaməti tapıldı (FOTOLAR)

Mars planetinin Gale kraterinin özülündə üzvi maddə aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirib ki, 2012-ci ildən Marsda araşdırma aparan ABŞ-ın "Curiosty” kəşfiyyat qurğusu Gale kraterindəki 3,5 milyard illik qayalıqda üzvi maddə aşkar edib. Alimlərin fikrinxə, Marsdan gələn nümunələr qırmızı planetdə qədimdə yaşayışın olması, yaşayış üçün qida mənbəyi, yaxud başqa bir həyatın mövcudluğunu deməyə əsas verir.

"Əgər qədim zamanda orada yaşayış olubsa, bu, həyatın üzləri üçün yeni detalların tapıla biləcəyi şansını artırır” deyə NASA-nın Kaliforniyadakı laboratoriyasının əməkdaşı Aşvin Vasavada bildirib.