Ölkə 09:25 21.11.2019

Marşrut avtobusu mikroavtobusla toqquşdu: yaralılar var

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.


Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43, 34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar.

 

17 yaşlı oğlana yerində yardım edilib.