Ekonomiks 16:08 10.10.2014

“Maserati”yə Azərbaycan benzini - FOTOLAR


SOCAR avtomobil yanacağı təchizatı sahəsində fəaliyyətini genişləndirir

SOCAR avtomobil yanacağı təchizatı sahəsində fəaliyyətini genişləndirir.

Qaynar.info-nun Dövlət Neft Şirkətinə istinadla verdiyi məlumata görə, “SOCAR” yanacaq brendi və “Maserati”nin Ukraynadakı distribütoru olan “Qrand Avtomotiv” şirkəti Odessada keçirilən eksklüziv test-drayv zamanı avtomobil yanacağı sahəsində əməkdaşlığa başladıqlarını elan ediblər.

“Maserati” avtomobillərinin sınağı zamanı “SOCAR” yanacaqdoldurma şəbəkəsinin Nano yanacağından istifadə olunur. “Maserati” markasının 100 illiyinə həsr olunan test-drayv ilin sonuna kimi davam edəcək. “Maserati” şirkətinin Ukraynadakı rəsmi distribütoru yarış maşınlarının bütün keyfiyyətlərini üzə çıxarmaq üçün “SOCAR” Nano yanacağından istifadə olunmasını tövsiyə edib.

Məşhur brendin avtomobil yarışları tarixində tutduğu görkəmli mövqeyi bir daha vurğulamaq məqsədi ilə İtaliyadan tanınmış pilotlar Marko Kavicoli və Alessandro Mersaqora dəvət olunublar.

Qeyd edək ki, hazırda Ukraynada “SOCAR” brendi ilə 40 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət Polşa, Litva və Belarusun aparıcı emal zavodlarından Avro-5 ekostandartına uyğun neft məhsulları idxal edir.

Qaynar.info