"Maşın” şounun qalibinin adı açıqlandı (YENİLƏNİB)

"Maşın” şousunun qalibi müəyyənləşib. 

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmanın bir neçə gündür davam edən finalında bloqqer Suna Kasımoğlu və Lalə Mustafayevanın mübarizəsi başa çatıb.

Əldə etdiyimiz məlumata görə, qalib Lalə Mustafayevadır. O, gecə saatlarında dözümlülük nümayiş etdirərək avtomobilin sahibi olub.

Şounun finalı bu gün baş tutacaq. Qalib gələn şəxs canlı efirdə rəsmi olaraq elan ediləcək.

12.38

"Maşın” realiti-şounun qalibi məlum olub. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, "Maşın"da finala qalan Lalə Mustafayeva ilə Suna Qasımoğlundan biri əlini maşından çəkib.

Qalibin kimliyi bu gün axşam saat 22:00-da ATV-nin canlı efirində açıqlanacaq.

Qeyd edək ki, ötən gecə müğənni Ramal İsrafilov qayda pozduğu üçün şounu tərk edib.


XƏBƏRLƏR
BLOGLAR