Maqazin 09:47 13.09.2017

"Maşın" şou başlayır: tarix bəlli oldu

Ölkənin ən səs-küylü layihəsi olan “Maşın” realiti şousunun başlama tarixi məlum olub. 

"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, proqram oktyabr ayından etibarən ATV-də start götürəcək. 

“Yubiley” adlanan müsabiqədə format dəyişməyəcək, şou nümayəndələri maşın uğrunda mübarizəyə qoşulacaqlar. 

Qeyd edək ki,  “Maşın- yubiley” şounun sayca 15-ci buraxılışına həsr olunub.

Xatırladaq ki, proqramın sonuncu qalibi bu ilin iyun ayında İsram Mehrəliyev olub. 

Qaynarinfo.Az