Ölkənin ən bahalı və ən reytinqli şousu - "Maşın” şounun 16-cı sürəti davam edir.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə Uranı SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Uran bu dəfə də təmiz oynayacağını bildirib və hədəfinin Pərvin Abıyeva olduğunu deyib.

Ssenarisi Roza Zərgərli tərəfindən qurlmuş daha bir mübarizə sonuclandı və səs verən tamaşaçıların 56,51 faizi Uranı oyunda saxlayıb. 

Və məlum olub ki, Roza Zərgərli Aytən və Pərvin Abıyeva üzərində daha bir oyun qurub. Oyun da ondan ibarət olub ki, əslində bu dəfə hədəf Pərvin yox, Aytən Səfərova imiş. Pərvin Abıyeva plana uyğun olaraq Uran qərarını açıqlamadan əvvəl əlini maşından götürərək özünün Rozaya sədaqətini sübut edib. Uran isə hədəfinin Aytən olduğunu bildirib. 

Beləliklə bu gecə maşın iki nəfər üçün əldən gedib - Pərvin və Aytən üçün. Bununla da "Maşın"ın 16-cı sürətinin final gecəsi vaxtından əvvəl başlayıb.

Murad Dadaşov hər üç iştirakçıya xəbərdarlıq edərək, maddi maraq qarşılığında anlaşma üzə çıxacağı təqdirdə nəticələrin ləğv ediləcəyini bəyan edib. "Bizə yazırlar ki, Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu arasında anlaşma olub. Bu barədə hər hansı fakt aşkarlanarsa, hər üç iştirakçı maşınsız qala bilər", - deyə Murad Dadaşov vurğulayıb.

Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 

2.Hüseyn Əzizoğlu (video blogger) 
3.Uran (reper) 
5.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva Aytənlə, Ruhəngiz Musəvi Roza Zərgərli ilə Əli Mirəliyev, Rahidə Baxışova isə Pərvinlə mübarizədən məğlub ayrılıb. Ötən gecə isə Roza Zərgərlinin planına uyğun olaraq Hüseyn Əzizoğlu Pərvinlə mübarizə apararaq sonda Abbas Bağırovu uzaqlaşdırıb.