Video 14:30 12.12.2018

“Maşın şou”dan maraqlı tanıtım çarxı: "hind kinosu" (VİDEO)

"Maşın” realiti şousunun tanıtım çarxı yayımlanıb.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, oyunun bu dəfəki sloqanı "hind kinosu” olacaq. 18 iştirakçı 13 dekabrdan maşının ətrafına toplaşacaq.

Xalq artisti Murad Dadaşovun layihəsi olan "Maşın” ATV-də efirə gedəcək. ötən gecədən İnstaqramda yayılan çarx gülüşlə qarşılanıb.

Qeyd edək ki, oyunda avtomobil uğrunda yarışanlar arasında Səmra Rəhimli, Ranar Musayev, Sərxan Kərəmoğlu, Allahverdi Yolçuyev, Mina Hüseyn, Ramil Nabran kimi məşhurlar olacaq.