Maqazin 11:06 12.05.2015

“Maşın” şounu üç iştirakçı birdən tərk etdi

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunun növbəti buraxılışında qalmaqal yaşanıb. Oxu.az xəbər verir ki, şounun iştirakçıları əməkdar artist Mehriban Xanlarovanın yarışmadan uzaqlaşdırılmasının lehinə olublar. 

Aktrisa ilə mübahisə edən müğənni Kərim Abbasov əlini maşından götürərək, yarışmanı tərk edib. 

M.Xanlarova isə 77,6 faiz səs toplayaraq yarışmada qalma şansını əldə edib. O, mübahisə etdiyi xalq artisti Aygün Kazımovanı şoudan kənarlaşdırıb.

Baş verənlərdən sonra müğənni Rəhim Rəhimli də şounu tərk edib. 
 
Hazırda yarışmanı əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyev davam etdirir.

Qeyd edək ki, veriliş hər gün saat 22:00-da ANS-də yayımlanır.

Qaynar.info