Maqazin 13:32 26.10.2017

"Maşın" şounun iştirakçısına avtomobili kim hədiyyə edib?

"Maşın" şounun 15-ci sürətinin iştirakçılarından olan İlkin Misgərliyə avtomobil hədiyyə edilib.

"Qaynarinfo" milli.az-a istinadən xəbər verir ki, dünən yerli mətbuatda İlkin Misgərliyə avtomobil hədiyyə edilməsi ilə bağlı xəbərlər yayılmışdı. İlkin Misgərli verilişin ötəngünkü buraxılışında bu xəbəri təsdiq edib. Aktyor ona avtomobil hədiyyə edən şəxsə təşəkkür edib.



İlkin həmin şəxsin adını açıqlamasa da, bildirib ki, o, başqa məşhurlara da avtomobil bağışlayıb.

Qeyd edək ki, dünən müxbirlərə zarafatla mənə "Bentley" hədiyyə ediblər deyən İlkin efirdə avtomobilin markasını açıqlamayıb.

Qaynarinfo.Az