"Maşın" şou-da ötən gün baş verənlər böyük marağa səbəb olub. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, xüsusilə qadınların bir-biri ilə mübarizəsi tamaşaçıları mat qoyub.

Yarışmada aktrisa Pərvin Abıyevanın sözləri isə hər kəsi çaş-baş salıb. Belə ki, Pərvin Mətanət Əliverdiyevanı çox istədiyini və ona böyük hörməti olduğunu bildirib. Ancaq sonra efirə pərdəarxası görüntülər verilib. Kadrlarda Pərvin Cavidan Novruzovla sakit səslə danışır və Mətanət haqqında fikirlərini bildirir:

"Yadındadırmı, Mətanət səninlə mənim yanımda dedi ki, Rozaya nifrət edirəm. Aytəni, filankəsi rədd edəcəyəm. O sözdən sonra səhəri gün gəldi və 2 gün ardarda Rozaya səs istədi. O gündən fikir verirsən ki, mən Mətanətlə məsafəliyəm? Çünki o, bir gün səni də sata bilər".

Bu görüntülərin efirə getməsindən sonra Pərvin özünü müdafiə edib və Mətanəti çox sevdiyini bir daha vurğulayıb. Ancaq onun görüntülərin yayımlanmasından sonra pərt olduğu açıq müşahidə edilir.