Maqazin 13:52 25.10.2017

"Maşın"ın qalibi məlum oldu (Rəsmi açıqlama)

"Maşın" realiti-şousunun 15-ci sürəti sona çatıb.

"Qaynarinfo"nun məlumatına görə, ATV şounun təşkilatçılarına istinadən xəbər verir ki, bu gün səhərə yaxın iştirakçılardan biri əlini maşından götürərək, mübarizəni dayandırıb.

Qeyd edək ki, təşkilatçılar konkret olaraq qalibin adını açıqlamır. Xatırladaq ki, finalda Talıb Tale və Xatun qalmışdılar.

Qaynarinfo.Az