İtalyan saç stilisti Mariya Lusiya Munqo sahib olduğu "Fiat 500" markalı avtomobilinə qeyri-adi dizayn tətbiq edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Munqo maşını Hindistandan 106 min dollara aldığı saçlarla örtüb. Stilist tərəfindən dezinfeksiya edilən, yuyulub boyanan saçların çəkisi 20 kq-dır. Maşının sadəcə motoru təhlükəsizlik səbəbilə saçla örtülü deyil. Buna baxmayaraq avtomobil dünyanın ən təhlükəli maşını statusunu qazanıb.

Qeyd edək ki, Mariya Lusiya həftədə 1 dəfə saçları yuyub qurudur. 
Gülşən