Foto 00:05 05.03.2018

Futbolda ölkə prezidentinə kobudluq edən klubun rəsmiləri həbs edildi (FOTOLAR)

 
Afrika ölkəsi "Burundi"də keçirilən bir futbol matçında dünya tarixinə düşəcək hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, ölkənin prezidenti olan və eyni zamanda "Haleluya" klubunda oynayan Pyer Nkurunziza komandası ilə meydana çıxdığı oyunda ona qarşı kobudluq edən "Kiremba" klubunun iki rəsmisini həbs etdirib.

İddialara görə, "Kiremba"da çıxış edən konqolu qaçqın futbolçular ölkə prezidentinin rəqib komandada oynadığını bilmirmiş və buna görə də ona qarşı sərt oynayıblar.

Bu səbəbdən də "Kiremba"nın rəsmilərindən Kiryakue NkezabahiziMişel Mutama prezidentə qarşı təxribat ittihamlı ilə həbs edilib.
 

Gülşən