Dünya 22:20 10.09.2013

Mauqli tapıldı

Altay meşəsində tək-tənha yaşayan oğlan tapılıb. 

ANN.Az-ın rus saytlarına istinadən verdiyi xəbərə görə, indi onun şəxsiyyətini müəyyən etməyə çalışırlar. 

Oğlanın sözlərinə görə, 1997-ci ildə Altay Respublikasının Ust-Koksinsk rayonunun Kaytanak kəndi yaxınlığında anadan olub.

Prokurorlar müəyyən ediblər ki, oğlanın valideynləri tənha həyat tərzi keçiriblər. Son on ildə onlar yaxınlıqdakı yaşayış məntəqəsindən təxminən üç kilometr aralıdakı dərədə yaşayıblar. Oğlan təhsil almayıb və dünya ilə bağlı heç bir təsəvvürü yoxdur.

İndi onun sənədləri ilə bağlı məsələni qaydaya salırlar. Məsələ burasındadır ki, onun doğum haqqında şahadətnaməsi yoxdur. Prokurorluq məsələ ilə bağlı məhkəməyə müraciət edib. 

Qaynar.info