Ekonomiks 18:23 04.04.2013

Mayın 10-dan nömrələrin daşınmasına başlanacaq

Abonentlərin öz nömrələrini saxlamaqla gigər operatorlara keçmə imkanını verən nömrələrin daşınma xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə mayın 10-dan başlanacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mətkəzindən (MHM) bildiriblər.

Xidmətin işə salınması Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə uyğunlaşdırılıb.

Sistem Məlumat Hesablama Mərkəzi tərəfindən idarə olunacaq. Sistemin işə salınması ilə bağlı müqavilə artıq hər üç mobil operatorla bağlanıb.

Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq.

Xidmət data-kartlar üçün nəzərdə tutlmuş nömrələrə şamil edilməyəcək.

Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.

Trend