Dünya 10:19 12.10.2018

Maykl qasırğası: 6 nəfər öldü, çox sayda ailə hər şeyini itirdi

ABŞ-ın Florida valisi Rik Skott "Maykl" qasırğasının əraziyə vurduğu zərərdən danışıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, helikopterlə ərazidəki vəziyyəti görən Skott "Çox sayda həyat həmişəlik dəyişdi, bir çox ailə hər şeyini itirdi", - deyə bildirib. 

Ştatın şimal-qərbini vuran və sürəti saatda 155 km-ə çatan qasırğa nəticəsində 6 nəfər ölüb, 370 min nəfər evakuasiya edilib, 2300 yaşayış tikilisi zərər görüb. Evakuasiyadan imtina edən 285 nəfərdən 20-si gecə saatlarında xilas edilib. 

Gülşən