Dünya 21:05 08.10.2018

MDB-də ən kasıb ölkənin adı açıqlandı

Tacikistan əhalisinin 17 faizi gün ərzində 1 dollar, yarısı isə 1,33 dollara yaşayır.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "TacikTA” BMT-nin ümumdünya ərzaq proqramı məlumat yayıb.  Məlumatda bildirilib ki, Tacikistan MDB ölkələri arasında ən kasıbı sayılır.Ümumdünya Bankının məlumatına əsasən, gün ərzində 1,9 dollardan aşağı gəliri olanlar kasıb sayılır. 

Qeyd edilib ki, BMT ümumdünya ərzaq proqramı Tacikistan hökumətinə bu vəziyyətdən çıxmaqda yardımçı olmaq üçün beş illik strateji plan hazırlayıb. Hazırlanmış plan 2019-cu ilin ortalarından tətbiq olunmağa başlanılacaq.