Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Rusiya Federasiyasından Tacikistan Respublikasına keçib.

Dekabrın sonunda Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Tacikistan Prezidenti Emoməli Rəhmon bununla bağlı bildirib ki, ölkəsi sədrlik dövründə üzv dövlətlər arasında hərbi-texniki sahədə əlaqələrin daha da möhkəmləndirilməsi, birlik üzvlərinin sərhədlərinin qorunması, həmçinin terrorizm, ekstremizm və narkotiklərin qeyri-qanunu dövriyyəsi ilə mübarizəyə daha çox diqqət ayıracaq. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlıq məsələlərinin də diqqət mərkəzində olacağını bildirib.

Prezident Emoməli Rəhmon vurğulayıb ki, 2018-ci ildə MDB Dövlət Başçıları Sammitinin və Hökumət Başçıları Şurasının Düşənbədə keçiriləcək iclasları Tacikistanın həyatında mühüm hadisə olacaq.