Siyasət 22:17 23.08.2018

MDB ölkələri vergi orqanlarının rəhbərləri Düşənbədə toplaşacaqlar

MDB ölkələrinin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclası avqustun 24-də Tacikistanın paytaxtı Duşənbə şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, iclasda Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Belarus, Azərbaycan və Tacikistanın vergi orqanlarının nümayəndələri iştirak edəcək.

Toplantı iştirakçıları rəqəmsal iqtisadiyyat zamanı vergi idarəetmə məsələlərini, vergi sahəsində informasiya mübadiləsini və digər aktual məsələləri müzakirə edəcəklər.