Ölkə 18:21 21.02.2018

Prezident 5 sərəncam, 1 fərman imzaladı (YENİLƏNİB)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rəşadət Eyvazova "Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafındakı xidmətlərinə görə Eyvazov Rəşadət Süleyman oğluna "Əməkdar Mühəndis” fəxri adı verilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

"Şöhrət” ordeni ilə

Məmmədov Saleh Ərşad oğlu

"Tərəqqi” medalı ilə

Ağayev Asif Hüseyn oğlu

Astanov Şükür İsmayıl oğlu

Atakişiyev Rəşid Məmi oğlu

Babaşov Əliqulu Məmmədqulu oğlu

Əhmədov Ərrəhman Mustafa oğlu

Əzimov İlham Əli оğlu

Hacıyev Mədəd Əlif оğlu

Həsənov Elman Qurbanəli оğlu

İbrahimov Yaşar Abbas oğlu

Qurbanov Cabir Ələsgər oğlu

Mehdiyev Natiq Mürşüd oğlu

Mehtiyev Gündüz Həşim oğlu

Pənahov Əlikrəm Adil oğlu

Salmanov Hüseyn Yusif oğlu

Savzixanov Əsədulla Savzixanoviç

Süleymanov Şahin Şahbaz oğlu

Şamxalov Şahin İbrahimxəlil oğlu

Şıxəliyev İkram Əli oğlu

Şirinov Əliheybət Balakişi oğlu.
 
***

Azərbaycan Respublikası Prezidenti 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 2.14-cü bəndinə "ipotekasının” sözündən sonra "dövlət” sözü əlavə edilsin.