Dünya 16:57 13.03.2018

Məclis mövzu yoxluğuna görə açılmadı

İsveçrədə Federal Məclisin Əyalətlər Məclisi mövzu yoxluğu səbəbilə açılmayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, məclis sədri Karin Keller Sutter mövzu yoxluğu səbəbilə müzakirəyə start verilmənin, yəni məclisin açılmağının lazımsız olduğunu bildirib.

Qeyd edək ki, oxşar hadisə bu il 2-ci dəfədir baş verir. Qapılarını qapalı saxlayan məclis 67 min İsveçrə frankı qənaət edə bilib. 46 nəfərdən ibarət məclisin hər bir üzvünün günlük xərci 735 frankdır.

Qənaət məqsədilə gələcəkdə yalnız ciddi məsələlərin müzakirəsi üçün məclisin açılması təkliflər arasındadır.

Gülşən