İdman 11:50 12.08.2013

Medalları səhvən "Fənər"li futbolçulara verdilər

Dünən Türkiyə Super Kuboku uğrunda keçirilən oyunda “Qalatasaray” “Fənərbaxça”nı 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

 “Qafqazinfo” xəbər verir ki, görüşün sonunda medalların təqdimetmə mərasimində maraqlı hadisə baş verib. Belə ki, Türkiyə Futbol Federasiyası nümayəndələri qaliblərin  medallarını səhvən “Fənərbaxça”lı futbolçuların boynuna taxıblar. 

Belə olduğu halda II ci yerə məxsus medallar da “Qalatasaray”lı futbolçulara qismət olub. Lakin  sonradan bu qarışıqlığın fərqinə varan məsul şəxslər səhvlərini düzəldərək bütün medalları yığıblar.

Qaynar.info