Foto 12:39 23.05.2019

Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərdi (FOTOLAR)

Mədəniyyət Nazirliyinin "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.

Qaynarinfo xəbər verir ki, institutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirib.

Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı birgə fikir mübadiləsi aparılıb.