Ekonomiks 11:24 21.11.2013

Media nəhəngi çökür


"Winamp" mediapleyeri dekabrın 20-dən sonra özünün 15 illik fəaliyyətinə son qoyub.

Qaynar.info
xəbər verir ki, bu barədə layihənin rəsmi internet səhifəsində məlumat verilib.

Göstərilmiş tarixdən sonra Winamp.com və əlaqəli veb-səhifələr, həmçinin Winamp Media pleyeri işləməyəcək.

"Xahiş olunur, bu tarixə qədər sonuncu versiyanı yükləyin", deyə saytda yerləşdirilən məlumatda bildirilib.

90-cı illərin sonu 2000-ci illərin əvvəllərində musiqiyə qulaq asmaq üçün əsas mediapleyerlərdən biri olan "Winamp" artıq populyarlığını itirib.

Qaynar.info