"Winamp" mediapleyeri dekabrın 20-dən sonra özünün 15 illik fəaliyyətinə son qoyub.
Qaynar.info xəbər verir ki, bu barədə layihənin rəsmi internet səhifəsində məlumat verilib.
Göstərilmiş tarixdən sonra Winamp.com və əlaqəli veb-səhifələr, həmçinin Winamp Media pleyeri işləməyəcək.
"Xahiş olunur, bu tarixə qədər sonuncu versiyanı yükləyin", deyə saytda yerləşdirilən məlumatda bildirilib.
90-cı illərin sonu 2000-ci illərin əvvəllərində musiqiyə qulaq asmaq üçün əsas mediapleyerlərdən biri olan "Winamp" artıq populyarlığını itirib.
Qaynar.info
Şərhlər