Ölkə 10:38 19.06.2018

Mediadan təklif: Maşın ATV-nin əməkdaşına verilsin

Media maşının elə ATV-nin öz əməkdaşı Bəxtiyar Fətullayevin övladının müalicəsi üçün sərf olunmasını təklif edir.

Qaynarinfo xəbər verir ki, "Maşın Şou”nun qalibi Roza Zərgərli maşının xeyriyyə məqsədilə sərf olunacağını bildirib. Bunu nəzərə alan jurnalistlər həmin maşının satışından əldə olunacaq məbləğin Bəxtiyar Fətullayevin övladı Hüseynin müalicəsi üçün sərf olunması təşəbbüsüylə çıxış ediblər.

Qeyd edək ki, Hüseynin müalicəsi üçün tələb olunan məbləğn hazırda bir qismi yığılıb.