Dünya 20:00 19.01.2020

Medvedev hökumətin istefa səbəblərini açıqladı

Rusiya hökumətinin istefasının səbəblərindən biri zaman amili idi. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev Birinci kanala müsahibəsində deyib. Təxminən səkkiz il baş nazir vəzifəsini icra etdiyini deyən Medvedev bunun çox böyük zaman olduğunu qeyd edib.

Həmçinin Nazirlər Kabinetinin istefaya göndərilməsi prezident Vladimir Putin tərəfindən müəyyənləşdirilən islahatlarla əlaqələndirilir.

Onun sözlərinə görə, "prezident, digər amillər, o cümlədən hökumət amili nəzərə alınmadan onları müzakirə etmək və qəbul etmək üçün tamamilə azad olmalıdır."

Xatırladaq ki, Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət yanvarın 15-də istefa verib. Prezident Mixail Mişustini baş nazir vəzifəsinə təklif edib.