Dünya 14:28 14.02.2013

Medvedevdən tələbələrə sevgi təklifi (MARAQLI)

Rusiya baş naziri tələbələrə özünü qızlara necə sevdirməyi öyrədib



Rusiya baş naziri Dmitri Medvedev tələbələrə qızları özlərini necə sevdirməyin yollarını öyrətməyə çalışıb.

Qaynar.info-nun anspress-ə istinadən məlumatına görə, Sibir Federal Universitetinin tələbələri ilə görüşən Dmitri Medvedev xüsusilə oğlanlara deyib ki, əgər bəyəndiyiniz qızın da sizə aşiq olmasını istəyirsinizdə, inadcıl olun. Rusiya baş nazirindən bu məsləhəti ali məktəbin tələbələrindən biri istəyibmiş.

Sonra D. Medvedev ani olaraq bildirib ki, hamıda olduğu kimi mənimlə də belə şeylər çox olub.

Qaynar.info