Dünya 13:06 27.05.2013

Medvedyev Putinlə münasibətlərindən danışdı

Rusiya baş naziri Dmitri medvedyev prezident Vladimir Putinlə ölkənin idarə edilməsi məsələsində fikir ayrılıqlarının aralarındakı şəxsi münasibətlərə xələl gətirmədiyini bildirib. 

Qaynar.info-nun məlumatına görə, Rusiyanın "NTV" telekanalında bir verilişdə iştirak edən Medvedyev Putinlə aralarında yaxın dostluq münasibəti olduğunu və bu dostluğun bu gün də davam etdiyini deyib. 

Baş nazir qeyd edib ki, əks təqdirdə bu gün fərqli bir hökumət olacaqdı: "Bizi davamlı olaraq fərqli tərəflərə çəkib, "siz fərqlisiniz, sizin tərzləriniz, fərqli, siyasi görüşləriniz də fərqlidir, yəni bir-birinizə uyğun deyilsiniz" deyirlər. Həqiqətən də belə olsaydı, 1999-cu ildə Peterburqdan Moskvaya gəlməzdim". 

Qaynar.info