Dünya 12:55 16.01.2020

Medvedyev “Vahid Rusiya”nın sədrliyindən istefa vermədi

Dmitri Medvedev Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini olaraq "Vahid Rusiya” partiyasının sədri olaraq qalacaq. 

Qaynarinfo izvestiya.ru-ya isrtinadla xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərə partiyanın ümumi şurasının katibi Andrey Turçak söyləyib.

"Dünən Dmitri Anatolyeviç Medvedevlə - "Vahid Rusiya” partiyasının sədri ilə görüşdüm. Onun Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsinə təyin olunması və bu mövqeyi bir siyasi partiyanın sədri vəzifəsi ilə birləşdirməsi ilə bağlı heç bir qanuni məhdudiyyət yoxdur", - Turçak deyib.

Bununla belə, "Vahid Rusiya" artıq Mixail Mişustinin ölkənin baş naziri vəzifəsinə namizədliyini dəstəkləyib. Turçak qeyd edib ki, bu adam "böyük təcrübəyə malik ən yüksək peşəkardır".

Onun sözlərinə görə, "Vahid Rusiya” fraksiyası nəinki Mişustinlə əməkdaşlıq etməyə, həm də yenilənmiş kabinetlə fəal işləməyə hazırdır.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin hökumətin ləğvi ilə bağlı sərəncam verib. Bundan əlavə, o, hökumət üzvlərinə yeni kabinet formalaşana qədər vəzifələrini icra etmələrini tapşırıb.

Rusiya lideri Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini Baş nazir postuna namizəd olaraq təklif edib.

Alpər