Ölkə 19:58 15.08.2013

Mehdi Məmmədov azadlığa buraxıldı

Həbsdə olan “Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, M. Məmmədovun barəsində Milli  Məclisinin “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” 7 may 2013-cü il tarixli Qərarını tətbiq olunub və azadlığa buraxılıb.

Qeyd edək ki, M. Məmmədov 2012-ci ilin fevral ayında narkotik vasitə daşımaqda ittiham olunaraq həbs edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

Qaynar.info