Dünya 17:44 13.12.2013

Məhəmməd Peyğəmbərin Meraca getdiyi məscid uçurulur

İsrail Qüdsdəki "Əl-Əqsa" məscidini dağıtmaq istəyir.

Qaynar.info
xəbər verir ki, bu barədə Həmasın dini əlaqələr naziri İsmayıl Radvan qatıldığı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, İsrail Hezekiel kitabında memar olaraq təsvir edilən və Qüdsdəki Tapınak təpəsində İsrailin Tanrısının daimi məkanı olaraq tanınan Üçüncü Tapınağı (Hezekiel Tapınağı) inşa etmək üçün Əl Aqsa məscidini süni zəlzələ ilə dağıtmağa çalışır.

Məscidin qorunması üçün Fələstin ordusuna çağırış edən Radvan İsrail və Fələstin hökumətləri arasında davam edən sülh danışıqlarının əslində bu tapınağı inşa etmək əməllərini gizlətmək üçün bir vasitə olduğunu bildirib.

Həmaslı nazirin bu açıqlaması İsraildə ciddi qalmaqala səbəb olub. İsrail müdafiə naziri Gilad Erdan iki ay əvvəl verdiyi açıqlamasında İsraili güclü zəlzələnin gözlədiyini və bu təbii fəlakət zamanı ən azı 7 min israillinin ölə biləcəyini bildirmişdi.

Qaynar.info