İdman 18:11 09.05.2018

Məhəmməd Salah 200 milyona bu kluba transfer olunur

"Real" Məhəmməd Salahın transferini rəsmiləşdirmək üzrədi.

Qaynarinfo "Don Balon"a istinadən xəbər verir ki, "Kral Klubu" misirli ulduzun transferi ilə bağlı "Liverpul"la razılığa gəlib.

Məlumata görə, 25 yaşlı hücumçu üçün Madrid klubu 175 milyon funt-sterlinq (200 milyon avro) ödəyəcək. Futbolçunun "Real"ın prezidenti Florentino Peresə "Kral Klubu"na keçməyə söz verdiyi vurğulanıb.

Qeyd edək ki, Salah bu mövsüm 50 matçda 43 qol vurub, 15 qolun ötürməsini verib.