Maqazin 13:22 20.12.2018

Mehmet Ali Erbil 63 gün sonra komadan ayıldı

Türkiyəli məşhur aktyor və aparıcı Mehmet Ali Erbil komadan çıxıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə aktyorun həkim bacısı Yeşim Erbil "Kanal D"də yayımlanan "2. Sayfa" proqramına zəng edərək məlumat verib.
 
Xanım Erbil qardaşının 3-4 gündür tənəffüs aparatına qoşulmadığını və getdikcə yaxşılaşdığını dilə gətirib. Yeşim Erbilin sözlərinə görə, Mehmet Ali Erbilin tamamilə sağalması üçün vaxt lazımdır, lakin onun komadan çıxması böyük irəliləyişdir. Aktyorun danışdığı, ürəyi istədiyi yeməkləri sadaladığı bildirilir. Erbilin yanına sadəcə ailə üzvləri buraxılır.

Qeyd edək ki, Mehmet Ali Erbil 63 gün əvvəl evinin hamamında yıxılmış və ona kapilyar sızıntı sindromu diaqnozu qoyulmuşdu.

Gülşən