Siyasət 11:23 30.04.2013

Mehriban Əliyeva Milli Məclisə müraciət etdi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə (MM) müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əli Hüseynli məlumat verib. 

Ə. Hüseynli Amnistiya Aktının MM-də tezliklə müzakirə olunacağını, növbəti Amnistiya Aktının qəbul olunacağını deyib.

M. Əliyeva amnistiya təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə çıxış edib.

Qaynar.info