phrase_var_qaynar. 15:48 13.11.2019

Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi

Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinin evinə həbs qoyulması ilə bağlı məlumatlar yayılıb.

Məsələ cəmiyyət arasında ciddi narahatlığa səbəb olub və geniş müzakirə edilib. 

Oxu.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailəsinin müraciətinə baxılması və evin dərhal şəhid ailəsinə geri qaytarılmasına kömək edib.

Mehriban Əliyevanın köməyi ilə problem öz həllini tapıb. 

Qeyd edək ki, bu mövzunu yazar Səbinə Yusif özünün sosial şəbəkədəki hesabından paylaşıb.

Səbinə Yusif məsələnin şəhid Şaban Cəfərovun ailəsinin xeyrinə həll olunması istiqamətində verdiyi tapşırığa görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib.

Oxşar xəbərlər