Maqazin 20:35 23.08.2018

Mehriban Xanlarova aparıcılıq edəcək

Əməkdar artist Mehriban Xanlarova yenidən efirə qayıdır.

Qaynarinfo Milli.az-a istinadən xəbər verir ki, aktrisa həftə içi 5 gün telekanallardan birində aparıcılıq edəcək. 
O, teleaparıcısı olacağı kanalın adını hələ ki, gizli saxlayır.

Qeyd edək ki, M.Xanlarova bundan əvvəl də özünü teleaparıcı kimi sınayıb. Belə ki, o müxtəlif telekanallarda tamaşaçıların görüşünə gəlib.