Maqazin 11:49 26.10.2017

Mehriban Xanlarova "Maşın" şounun hədiyyələrindən imtina etdi

Dünən "Maşın" şou qalibini elan etdi. Final mərhələsində əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova iştirak etmədi.

"Qaynarinfo" xəbər verir ki, yeniçağ.az-a danışan aktrisa səbəbi belə açıqlayıb:

"Ürəyim istəmədi, getmədim. Mən əvvəlki "Maşın" şounun da final mərhələsinə qatılmamışdım. Şou zamanı çox streslər keçirtdim və sağlamlığıma ziyan vurdum. Fikirləşdim ki, birdən gedərəm, kimsə nəsə deyər. Yenidən əsəblərim tarıma çəkilər. Qaldı ki, qalibə, əvvəldən bilirdim ki, qalib Talıb olacaq. Çünki mənim intuisiyam çox güclüdür və bunu hiss edirdim”.

Mehriban Xanlarova ona verilən hədiyyələrdən də imtina edib: "Onları götürməyəcəm”.

Qaynarinfo.Az