Ötən həftə evə buraxılan Xalq artisti Mehriban Zəki sosial şəbəkədə fotosunu paylaşıb.
Qaynarinfo xəbər verir ki, bu, aktrisanın keçirdiyi avtomobil qəzasından sonrakı ilk fotosudur.
O, şəkli "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən", sözlərini yazaraq şərh edib.
Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.
Şərhlər