Sənət 20:18 08.10.2017

Məhsul yığımından sonra yaradılan möhtəşəm sənət nümunələri (FOTOLAR)

Yaponiyanın şimalında hər il sentyabr-oktyabr aylarında düyü yığımından sonra "Wara" İncəsənət Festivalı keçirilir.

"Qaynarinfo" "Bored Panda"ya istinadən xəbər verir ki, Niqata şəhərində 2008-ci ildən bəri keçirilən festival Şəhər Turizm idarəsi və Musaşino İncəsənət Universiteti tərəfindən təşkil edilir.

Əvvəllər tatami və bir çox məhsullarda istifadə edilən düyü samanını hazırda taxta və plastik əvəzləyir. Musaşino tələbələri isə istifadəsiz qalan samandan müxtəlif sənət nümunələri, nəhəng heyvan heykəlləri hazırlayaraq festivalda nümayiş etdirirlər.

Həmin nəhəng heykəlləri təqdim edirik.


Gülşən

Qaynarinfo.Az