Meksika Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası bu ölkəyə ekstradisiya etmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barsena "Radio Formula"ya
müsahibəsində danışıb.
"Bu baş verə bilməz. Çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozar. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq tələbini təhlil edirik", deyə Barsena bildirib.
O əlavə edib ki, Meksika həmişə siyasi təqiblərdən qaçanlara qarşı qonaqpərvər olub.
2012-2016-cı illərdə rüşvət almaqda ittiham olunan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas Espinel siyasi sığınacaq üçün Meksika hakimiyyətinə müraciət edib. Xorxe Qlas siyasi sığınacaq sorğusunu rəsmiləşdirərsə, Meksika hökuməti Meksika və Ekvadorun tərəfdar olduğu beynəlxalq müqavilələrə uyğun olaraq onu diqqətlə təhlil edəcək və müvafiq tədbirlər görmək üçün lazımi məlumatları toplayacaq.
Aydın
Şərhlər