İdman 11:05 24.06.2018

Meksika qarışdı: 14 azarkeş qətlə yetirildi

Ötən gün Meksikanın Syudad-Xuares şəhərində qanlı olaylar baş verib.

Qaynarinfo xəbər verur ki, hadisə yerli azarkeşlərin milli komandalarının Rusiyada keçirilən dünya çempionatında Cənubi Koreya ilə matçını izləməyə hazırlaşdığı vaxt yaşanıb.

Eyni vaxtda iki fərqli yerdə baş verən silahlı hücumlar zamanı 14 nəfər həlak olub. Azarkeşlərin kütləvi şəkildə matçı izlədiyi məkana girən cinayətkarın açdığı atəş nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb. Elə həmin vaxt gözəllik salonuna oyuna baxmağa toplaşan insanlar da güllələnib. Orada isə 5 nəfərin öldüyü bildirilir.

Bundan əvvəl isə gecə əyləncələrinin birində 3 nəfər güllələnərək öldürülüb. Hələlik cinayətkarları tutmaq mümkün olmayıb.

Qeyd edək ki, Syudad-Xuares dünyanın ən kriminal şəhərlərindən hesab olunur. Təkcə bu ay orada 116 qətl hadisəsi baş verib.