Dünya 10:05 17.02.2018

Meksikada 7,2 bal gücündə zəlzələ

Meksikada 7,2 bal gücündə zəlzələ meydana gəlib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin mərkəzinin ölkənin cənub-qərbində yerləşən Oaxaka əyalətinin Pinotepa Nasional kəndinin 2 km cənub-şərqi olduğunu açıqlayıb. Yerin 43 km dərinliyində baş verən zəlzələ səbəbilə ölən və ya yaralananın olduğu bilinmir.

Gücü 7,5 bal göstərilən təkanın şiddəti daha sonra 7,2 balla əvəzlənib və sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, ötən ilin 19 sentyabr tarixində baş verən 7,1 ballıq zəlzələdə 369 nəfər dünyasını dəyişmişdi.

Gülşən