Dünya 14:27 18.09.2018

Meksikada morqlarda yer qalmayıb

Meksikanın Xalisko əyalətində cinayətlərin artması ilə morqlarda yer qalmadı.

Qaynarinfo xəbər verir ki, 100 cəsəd soyuduculu konteynerlərdə saxlanılır, lakin bir neçə məhəllənin sakinləri konteynerlərdən ətrafa yayılan pis qoxu səbəbilə şikayət edərək nümayiş keçiriblər. 

Ərazidə həm də məzarlıqlarda yer qalmayıb. Xalisko Tibbi Ekspertiza Qurumunun sədri Luiz Oktavio Kotero 800 yerlik yeni məzarlığın tikiləcəyini açıqlayıb. Meksika qanunlarına görə, cinayət qurbanlarının yandırılmasına icazə verilməməsi vəziyyəti daha da qəlizləşdirir.

Qeyd edək ki, ölkədə 2006-cı ildən bəri 200 min nəfər cinayətkar qrupların qurbanına çevrilib. Ötən il bu rəqəm rekord həddə çatıb və 25 min nəfəri keçib.

Gülşən