Ölkə 14:22 10.12.2018

Məktəb direktoru icra hakiminin müavini oldu (FOTO)

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
 

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!