Ölkə 18:18 12.10.2018

Məktəb tikintisinə 1 milyon manat ayrıldı

Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayırıb.