Ölkə 20:42 21.05.2014

Məktəbdə döyülən uşaq danışdı - VİDEO

Bir qədər əvvəl 7 saylı xüsusi internat məktəbində döyülən uşağın "Youtube"da videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, videoda şagird bildirir ki, onu Afaq adlı müəllimə döyüb, başına taxta ilə vurub: "Afaq müəllimə dedi ki, get Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu".

Qeyd edək ki, dünən 7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadovun məktəbdə çalışan müəllimlərdən biri tərəfindən döyülməsi barədə məlumat verilmişdi.

Hadisədən sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar.

Günün sonunda Təhsil və Daxili İşlər nazirlikləri məlumat yayaraq, uşağın döyülmədiyini, "ayaqyolunda ayağı sürüşərək, yıxıldığını" dedilər.

Bu gün yayılan videoda isə hər şeyin başqa cür olduğu üzə çıxdı.

Qaynar.info