Ölkə 11:59 11.03.2014

Məktəblilərin yaz tətili günləri müəyyənləşdi - Azərbaycanda

Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin yaz tətili 8 gün (17-24 mart) müəyyənləşdirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart iş günləri hesab edilmir: “Əmək Məcəlləsinin 105-ci maddəsinin beşinci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Martın 22-si şənbə, 23-ü bazar günü olduğundan 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə yaz tətilindən sonra ilk dərs günü 26 mart, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə 27 mart hesab edilir”.

Qaynar.info