Siyasət 16:00 24.02.2018

“Məlahətli Ana” birliyi seçkilərdə İlham Əliyevi dəstəkləyəcək

"Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi 11 aprel 2018-ci il prezident seçkilərində Yeni Azərbaycan Partiyasıdan prezidentliyə namizəd İlham Əliyevi dəstəklədiyini bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

"2003-cü ildən Azərbaycan Respublikasının prezidenti olmuş cənab İlham Əliyev dövlətimiz üçün göstərmiş olduğu xidmətlər o cumlədən beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması sahəsində gördüyü işlər bizim bu qərarı verməyimizə səbəb oldu. Uşaqlara yardım sahəsində göstərmiş olduğumuz fəaliyyətlər də dövlət başçımızın bu günə qədərki xidmətlərindən stimul almışdır. "Məlahətli Ana” Uşaqlara Yardım ictimai birliyi ailəsi olaraq düşünürük ki bundan sonra da Azərbaycan körpələrinə daha çox xidmət göstərməyimiz üçün prezidentimizin təşəbbüsləri vacib olacaq. Biz bütün Azərbaycan Respublikası vətəndaşlarını cənab İlham Əliyevi dəstəkləməyə, ona səs verməyə, dövlətimizə dəstək olmağa çağırırıq" deyə açıqlamada qeyd edilir.